Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adnahom koronavirusla bağlı yeni açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, Cenevrə şəhərində keçirdiyi videokonfransda virusun yayılmağa başladığı gündən etibarən dünyaya xəbər çatdırmaq üçün sürətli və qətiyyətli şəkildə hərəkət etdiklərini bildirib.

Tedros Adnahom həmçinin yenvar ayından etibarən koronavirus məsələsi ilə bağlı mütəmadi olaraq mətbuat konfransı keçirdiklərini də vurğulayıb. 

Qeyd edək ki, pandemiya dövründə ÜST tərəfindən ehtiyacı olan ölkələrə tibbi ləvazimatlar da göndərilib.