Yunanıstan və İtaliya arasında yerləşən Adriatik dənizi üzərində NATO-ya məxsus hərbi vertolyot qəzaya uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, axtarış və xilasetmə tədbirləri üçün əraziyə İtalyanın freqatı və NATO gəmiləri göndərilib. Helikopterin qalıqları Kafeloniya adasından 85 kilometr uzaqlıqda aşkarlanıb.
Qeyd edək ki, vertolyotda 6 nəfər olub. Onlardan 5-nin axtarışları davam etdirilir.