Fransada son 24 saat ərzində koronavirusdan 427 nəfər ölüb.
Unikal.org Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin ümumi sayı 24 mini keçib.
Qeyd edək ki, sonuncu dəfə bu rəqəm 23660 göstərilmişdi.