İndoneziyanın Şimali Sulavesi əyalətində 5 bal gücündə zəlzələ baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Meteoroloji İqlim və Geofizika Təşkilatı (BMKG), episentri, vilayətin şimalındakı Talaud adalarının Melonguane bölgəsindən 66 kilometr şimal-şərqdə olan zəlzələnin 21 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Zəlzələdə ilk təyinatlara görə ölən və yaralanan olmayıb, sunami həyəcanı verilməyib.