Almaniyada ötən sutkada 1 478 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Almaniyada qeydə alınan yoluxma hallarının sayı 159 119-a yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 173 nəfər artaraq 6 288-ə çatıb. Ölkədə sağalanların ümumi sayı isə 123 500-ü ötüb.