ABŞ-ın Nyu-York ştatında bir cənazə evinin qarşısında iki yük maşınında 100 nəfərlik cəsəd tapılıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkdakı bir cənazə evinin qarşısında iki yük maşınından pis qoxular gəldiyini hiss edən sakinlər aidiyyatı qurumlara şikayət ediblər.

Hadisə yerinə gələn polis əməkdaşları ərazidə istintaq işləri başladıb. Tədqiqatda iki yük maşınında 100 cəsədin olduğu müəyyən edilib. 

Belə ki, cənazə evi rəsmiləri, polislərə ifadəsində ölümlərin artmasına görə içəridə yer olmadığı üçün cənazələrin yük maşınında saxlanıldığını etiraf ediblər. Həmçinin,  yük maşınlarının ölülər üçün istifadə etdikləri və soyutma xüsusiyyətinin olmadığı üçün qoxunun gədiyini bildirərək, cənazələrin bu nəqliyyat vasitələrində müvəqqəti tutulduğu iddia ediblər. 

Yük maşınında saxlanılan cəsədlərin ölüm səbəbi məlum deyil.

 Faktla bağlı araşdırma aparılır.