Cənubi Amerika ölkəsi Braziliyada son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 449 nəfər həyatını itirib.

Unikal.org Braziliya KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son sutkada COVID-19 nəticəsində ölənlərin sayı 449 artaraq 5 min 466-ya, virusa yoluxanların sayı isə 6 min 276 artaraq 78 min 162-yə çatıb.

Qeyd edək ki, 210 milyon əhalisi olan Braziliya, Latın Amerikasında COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.