Şimali Koreyanın lideri Kim Çen Indan hələ bir xəbər alınmasa da, beynəlxalq ictimaiyyətdən gələn iddialar davam edir. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyaya dair məlumat verən Osaka mərkəzli Asiya-Press saytının meneceri Jiro Ishimaru, Kim və ya ətrafındakı birinin koronavirusa yoluxduğu və beləliklə özünü qoruduğunu iddia edib.

Belə ki, Asiya-Press saytının direktoru Jiro Ishimaru, öldüyü deyilən Şimali Koreya lideri Kim Çen In haqqında:  “Onun öldüyünü düşünmürəm.  Olsaydı, çox açıq əlamətlər olardı. O və ya ətrafındakı insanlar koronavirusa yoluxub” deyə bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inın, 15 apreldə Şimali Koreya lideri babası Kim Il-sunun doğum günündə iştirak etməməsi və 11 aprel tarixindən bəri ictimaiyyət qarşısında görünməməsi, Kimin ürək əməliyyatı keçirdiyi və ya hətta öldüyü barədə şayiələr yayılmasına səbəb olub.