Şri-Lankada koronavirus (COVID-19)  yoluxma hallarının  artmasından sonra ölkə miqyasında  yenidən komendant saatı elan edilib.

Unikal.org Şri-Lanka KİV-ə istinadən xəbər verir ki, Prezident Aparatından verilən açıqlamada bu gün yerli vaxtla saat 20.00-dan mayın 4-ü 05.00-a qədər ölkə daxilində komendant saatları tətbiq ediləcəyi bildirilib.

Belə ki, ada ölkəsində indiyə qədər COVID-19 pandemiyasına yoluxanların sayı 649- çatıb. Şri-Lankada epidemiya səbəbindən 7 nəfər həyatını itirib.

Qeyd edək ki, ölkədə martın 20-dən tətbiq olunmağa başlayan komendant saatı 20 apreldə qismən qaldırılıb. Yoluxma hallarının sayında artım müşahidə edildikdən sonra ölkə daxilində yenidən komendant saatı tətbiq edilməyə başlanılıb.