Pandemiyanın cənginə aldığı ABŞ-ın Los-Anceles şəhərində hər kəs koronavirus testindən keçəcək.

Unikal.org xəbər verir ki, bunu şəhərin meri Erik Qarsetti açıqlayıb.

Məlumata görə, koronavirus testləri pulsuz ediləcək.

Bundan öncə koronavirus testindən yalnız simptomları olanlar keçirdi.

Qeyd edək ki, Los-Ancelesdə indiyədək 22 485 nəfərdə virusa yoluxma faktı qeydə alınıb. Onlarda 1 056 nəfər pandemiyanın qurbanı olub. ABŞ-da yoluxanların ümumi sayı isə 1040 000-i ötdüyü halda ölənlərin sayı 61 000 nəfərə yüksəlib.