Türkiyənin keçmiş polis rəisi Ali İhsan Güngör evinde ölü tapılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ailəsi ilə birlikdə yaşayan keçmiş polis rəisi Güngörün cəsədini yaxınları aşkarlayıb.  

Hadisə yerinə polis əməkdaşları və təəccili yardım gəlib. Səhiyyə işçiləri hadisə yerinə çatdığı zaman təqaüddə olan polis dünyasını dəyişibmiş. 50 yaşında vəfat edən Güngörün ölüm səbəbi ekspertizadan sonra bəlli olacaq. 

Hadisəsi ilə bağlı istintaq başladılıb.

Bildirilir ki, Ali İhsan Güngör 2014-ci ildə Bingöl əyalətində Çevik Qüvvət Şöbə müdiri vəzifəsində çalışarkən PKK-nın hücumu nəticəsində çiyinin dən yaralanıb.  Bu hadisədən sonra o təqaüdə çıxıb.