Dünyanda qlobal böhrana çevrilən koronavirus pandemiyası İranda can almağa və yoluxmağa davam edir.

Unikal.org İran mətbuatına istinadən məlumat verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının son sutkada 71 nəfər artaraq, ümumi ölü sayının  6 min 28-ə çatdığını bildirib.

Məlumatda,  daha 983 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 94 min 640 nəfərə çatıb.

K.Cahanpur 75 min 103 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib. O, həmçinin 2 min  976 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.