ABŞ-ın Massaçusets ştatında yerləşən “Holyoke Soldiers Home” adlı qocalar evində koronavirusun yeni növü (Covid-19) səbəbiylə 67 nəfərin öldüyü açıqlanıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, Səlahiyyətlilər tərəfindən edilən açıqlamada, koronavirusu testində müsbət nəticələr verən 67 veteranın öldüyü bildirilib. Bundan əlavə, qocalar evində  hazırda 82 veterana  və 81 işçiyə  koronavirus diaqnozu qoyulub.

Belə ki, hadisə ABŞ-da yaşlı qocalar evlərində “ölümcül hadisə” kimi qeydə alınıb.

Qocalar evində tibb bacısı işləyən Joan Miller tibb bacılarının da  virusa yoluxduğunu qeyd edərək, veteranların işçi çatışmazlığı səbəbiylə bu dövrdə ortaq bir bölgəyə toplandıqlarını ifadə edib.

Miller, “Veteranlar bir sıra idi. Kimin müsbət olduğunu, kimin mənfi olduğunu bilmirdik. Sonra hamısını bir yerə yığdılar və  bu vəziyyət həqiqətən daha da pisləşdirdi” deyə ifadə edib. Qocalar evinin meneceri Bennett Uolş qocalar evindəki hadisədən sonra dövlət rəsmilərini günahlandırıb. 

Uolş açıqlamasında, dövlət işçilərininə, kadr çatışmazlığı barədə məlumat verildiyini, lakin lazimi tədbirlərin zamanında görülməməsi səbəbindən qocalar evində “böhranlı”  vəziyyətin davam etdiyini bildirib.