ABŞ prezidenti Tramp, koronavirus səbəbiylə səfərlərini bərpa edəcəyini bildirib.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, ABŞ iqtisadiyyatının yenidən açılması ilə əlaqədar görüşdüyü Ağ Evdə sənaye rəhbərləri ilə keçirilən dəyirmi masa zamanı jurnalistlərin suallarını cavablandırıb.

Epidemiya səbəbiylə Ağ Evdən həftələrlə çıxa bilmədiyini qeyd edən Tramp, “Səfərlərimi çox tezliklə yenidən başlamışam. Gələn həftə Arizonaya getməyi planlaşdırıram. Bu səfəri səbirsizliklə gözləyirəm. Tezliklə Ohaya gedəcəyəm” deyə bildirib.

Həmçinin də, “Ümid edirəm ki, çox uzaq olmayan gələcəkdə bir çox insanla yenidən seçki mitinqləri keçirə biləcəyəm” deyə ifadə işlədib. 
 
Sonda qlobal böhrana səbəb olan koronavirus pandemiyası ilə əlaqəli  jurnalistin, "Virus, peyvənd olmadan öz-özünə gedəcəkmi?” sualına, Tramp “Bu virus gedəcək. Bir gün o, bizi tamamilə tərk edəcək. Bu aradan qaldırılacaq” deyə cavab verib.