Tacikistanda ilk koronavirusa yoluxma halı aşkarlanıb.
Unikal.org Tacikistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tacikistan Səhiyyə Nazirliyi məlumat verib.
Nazirlik, koronavirus pandemiyasına yoluxan 15 nəfərdən 5-nin paytaxt Düşənbədə, 10-u isə Soqd bölgəsində olduğunu açıqlayıb.
Belə ki, Düşənbə Bələdiyyəsi, virusun yayılmasının qarşısını almaq üçün şəhərin geyim bazarlarını mayın 10-dək bağlamaq qərarına gəlib.