İngiltərədə yaşayan 26 yaşlı Şarlotte Ualton adlı qadın toy günündə hər kəsi heyrətləndirəcək bir addım atıb.

Unikal.org xəbər verir ki, bir neçə ay əvvəl atasını xərçəng xəstəliyindən itirən, gənc qadın atasının xatirəsini yaşatmaq üçün qeyri-adi bir addım atıb. Belə ki, 26 yaşlı gənc qadın toy günündə atasının külünü  dırnaqlarına qoyub.

Xərçəng səbəbindən atasını itirən Şarlotte: “Atamın ən böyük arzusu mənim toyumu görmək idi. Lakin, ölüm onu bizdən ayırdı. Onun xatirəsini yaşatmaq üçün bu addımı atdım” deyə açıqlama verib.

Belə ki, ölən atasından qalan küllər arasındakı kiçik sümük hissəciklərini axtardığını və bunları manikür üçün istifadə etdiyini izah edən gənc qadın, dırnaqları qoruduğunu və mərasimdən sonra evdə saxladığını bildirib.