Hindistanda yeni növ koronavirusa (COVID-19) yoluxmuş xəstələrin 25,19 faizi sağalaraq, xəstəxananı tərk edib.

Unikal.org Hindistan KİV-lərinə istinadla xəbər ki, ötən sutka ərzində virusa yoluxma üzrə 1018 yeni fakt qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 33 min 62 nəfərə çatıb. Onların 1079 nəfəri ölüb ki, bu da yoluxanın 3,2 faizi deməkdir.

Qeyd edək ki, martın 25-də Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar 21 günlük xüsusi karantin rejimi elan olunmuşdu. Sonradan karantin rejimi mayın 3-dək uzadılıb. "The Indian Express" qəzeti hökumətin ölkədə mayın 3-də başa çatması nəzərdə tutulan xüsusi karantin rejimini virusun ən çox yayıldığı bölgələrdə uzatmağı düşündüyünü yazıb.