Hollandiyada son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) epidemiyasında həyatını itirənlərin sayı  daha 84  nəfər artaraq 4 min 795-ə çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,Səhiyyə Nazirliyi ilə əlaqəli Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) COVID-19 haqqında məlumatları yeniləyib.

COVID-19 pandemiyasına yoluxanların sayı son sutkada 514 nəfər artaraq 39 min 316-ya, virus səbəbiylə ölənlərin sayı 84 artaraq 4 min 795-ə çatıb.