Qlobal istiləşməyə qarşı mübarizələri və izahları ilə tanınan İsveç ekoloji fəalı Qreta Tunberq, Danimarkada yerləşən bir təşkilatdan UNİCEF-ə 100 min  dollar hədiyyə etməsi ilə gündəmə gəlib. 

Unikal.org xəbər verir ki, 17 yaşlı qız, Danimarkada fəaliyyət göstərən "Human Act" təşkilatından 100 min dollar mükafat pulunu BMT-nin nəzdində fəaliyyət göstərən UNICEF-ə bağışlamaq qərarına gəldiyini açıqlayıb.

Yeniyetmənin açıqlamasında, “Koronavirusun yayılması, qlobal istiləşmə kimi, uşaq hüquqları böhranıdır. Bu epidemiya indi və uzun müddətdə bütün uşaqlara təsir edəcəkdir. Hər kəsi mənə qoşulmağa və UNİCEF-ə uşaqları xilas etməyə, sağlamlıqlarını qorumağa və təhsillərini davam etdirməyə kömək etməyə dəvət edirəm” deyə bildirib. 

Həmçinin də, Korona mübarizəsinə 100 min dollar yardım edən Qreta, keçən ay koronavirus əlamətləri göstərdiyini və evində təcrid olunduğunu açıqlayıb. Koronavirus tədbirlərini tez bir zamanda görən aktivist tezliklə simptomlarının yoxa çıxdığını və yaxşılaşdığını elan edib.