Türkiyənin Qars vilayətində iki terrorçu zərərsizləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat çərçivəsində terrorçulardan üç M-16, bir "Kalaşnikov" tüfəngi və iki ədəd tapança götürülüb. Bununla da bölgədə ələ keçirilən terrorçuların sayı 4-ə çatıb.