Yeni növ koronavirusun yayılması Keniyada da bir çox insanın işsiz qalmasın asəbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 8 uşağı ilə birlikdə yaşayan Penina Bahati adlı qadın da hər yer bağlandığı üçün işsiz qalıb. O, yemək və ərzaq ala bilmədiyi üçün ölkə rəhbərliyindən yardım istəyib.

Ötən il dul qalan qadın övladlarını yemək bişirdiyinə inandırmaq üçün qazanda daş qaynatdığını bildirib. Ailənin bu acınacaqlı vəziyyətindən xəbər tutan insanlar isə onlara yardım ediblər.