Çində meydana gələn koronavirus ABŞ-da tüğyan etməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ölkədə xüsusi karantin qaydaları tətbiq olunub və iş yerlərinin əksəriyyəti müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Nəticədə ölkədə çox sayda insan işsiz qalıb və dövlət tərəfindən verilən yardımı almaq üçün müraciət edib. Bu şəxslərin sayı isə artıq 30 milyonu ötərək 30 milyon 67 nəfərə çatıb. 

Qeyd edək ki, həmin müraciətlər son 6 həftə ərzində edilib.