Yaşlı insanların koronavirusu ağır keçirdiyi hər kəsə məlumdur. Buna baxmayaraq koronavirusdan sağalan yaşlı insanların sayı da az deyil.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Braziliyanın Rio Da Janeyro şəhərində yaşayan Dona Nair adlı qadın koronavirusdan sağalıb. Həkimlər 101 yaşlı qadını alqışlayaraq evə yola salıblar.

Yaşlı qadının qızı isə "Tanrıya və burada olanlara təşəkkür edirik" deyərək tibb işçilərinə öz minnətdarlığını bildirib. 

Qeyd edək ki, Braziliyada 78 162 nəfərdə koronavirus aşkarlanıb, Onlardan 5 466-sı bu səbəbdən dünyasını dəyişib.