ABŞ Prezidenti Donald Tramp yenə Çinə qarşı yeni iddialarını irəli sürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bildiyiniz kimi, ABŞ-da noyabr ayında prezident seçkiləri keçiriləcək. Seçkilərə isə yalnız iki nəfər namizədliyini irəli sürüb: Donald Tramp və Co Baydon. 

Artıq uzun müddətdir ki, ABŞ xalqının Trampı növbəti illərdə prezident kimi görmək istəmədikləri və digər namizəd Co Baydonu dəstəklədikləri haqqında xəbərlər yayılır.

Bu dəfə isə Donald Tramp yaranmış vəziyyətlə bağlı Çinə qarşı öz iddialarını irəli sürüb: "Çin höküməti noyabr ayında keçiriləcək seçkilərdə məğlub olmağım üçün əlindən gələn hər şeyi edəcək. Onların nümayişləri bunun əyani sübutudur" 

Çinin Xarici İşlər Nazirliyindən edilən açıqlamada onların ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətlərinin olmadığı bildirilib.