Bütün dünyada yeni növ koronavirusa qarşı (Covid-19) peyvənd hazırlamaq üçün çalışmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, məsələ ilə bağlı İngiltərədən sevindirici xəbər gəlib. Belə ki, Oksford Universiteti koronavirusa qarşı peyvəndi "AstraZeneca" adlı dərman şirkəti ilə birlikdə hazırlayacağını açıqlayıb.

Həmçinin qeyd olunub ki, peyvənd iyun ayında hazır olacaq. Əgər hazırlanan vaksin müsbət nəticə verərsə, dərhal onun istehsalına başlanılacaq. 

Oksford Universitetindən edilən açıqlamada onların bu işdə qazanc məqsədi güdmədikləri bildirilib. Peyvənd hazır olduqdan sonra bütün ölkələr rahatlıqla onu idxal edə biləcək.