Daha öncə də xəbər verdiyimiz kimi, Avropada uşaqlar arasında yeni xəstəlik yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlarda damar iltihabı ilə müşahidə olunan bu xəstəliyin koronavirusla əlaqəli olduğu təxmin edilir. Bu xəstəliyin ən çox Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və İsveçrə kimi ölkələrdə rastlandığı bildirilib.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məsələ ilə bağlı hərəkətə keçdiyini açıqlayıb. Xəstəliklə bağlı müalicə metodunun tapılması üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, artıq 100-dək uşaqda bu xəstəlik aşkarlanıb. Xəstəliyin simptomlarına  həzm sisteminin pozulması, yüksək hərarət və dəridə yaranan səpkilər aiddir.