Meksikada son bir gün ərzində COVID-19 infeksiyasına 1 400 yeni yoluxma halı aşkar edilib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda ölkədə 19 224 nəfər koronavirusa yoluxub.

Pandemiya səbəbindən son 24 saat ərzində 127 pasiyent dünyasını dəyişib. 

Ümumilikdə, ölkə üzrə koronavirusdan 1 859 nəfər ölüb.