Malayziya dövləti turistik yerlərdə və ictimai binalarda mavi işıqlar yandıraraq, yeni növ koronavirus (COVID-19) ilə mübarizə aparan tibb işçilərinə təşəkkür edib.

Unikal.org xarici mətbuata istinadən istinadən xəbər verir ki, Federal Bölgələr Naziri Annuar Musa, 3 May tarixinə qədər hər gün eyni vaxtda ictimai binalarda mavi işıqların yanacağını söyləyib.

“Səhiyyə işçilərinin sədaqətli xidmətlərinə təşəkkür etmək üçün belə bir müraciət qərarı verdik” deyə Nazir Annuar xalqı evdə olmağa çağırıb.

Qeyd edək ki, bu günə qədər Malaziyada COVID-19 pandemiyasına yoluxanların sayı 6 min 2-yə, virus səbəbiylə ölənlərin sayı isə 102-yə çatıb.