Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılacaq.
Bundan əlavə, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə ediləcək.