Qərbi Afrika ölkəsi Nigeriyada yeni növ koronavirus (COVID-19) epidemiyası artmaqda davam edir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə naziri Osagie Ehanire keçirdiyi mətbuat konfransında ölkə daxilində 113 səhiyyə işçisinin koronavirus xəstəliyinə tutulduğunu  və bu günə qədər ümumi yoluxanların sayını 2000-ə yaxın olduğunu bildirib. 

Həmçinin də, ölkədəki 300 tibb işçisinin virusa tutulması xəbərinin doğru olmadığını deyən Ehanire, “COVID-19 hallarının təxminən 6 faizi səhiyyə işçilərindən ibarətdir. Əlbəttə ki, bəziləri özəl xəstəxanalarda çalışır” deyə qeyd edib.  Ehanire, epidemiyaya qarşı mübarizə çərçivəsində yalnız yoluxucu xəstəliklərə nəzarət edən təlim keçmiş sağlamlıq işçilərinin çalışacağını da bildirib. 

Nigeriyada COVID-19 pandemiyasına  yoluxma halı bu günə qədər 2 minə yaxınlaşsa da, virusdan 58 nəfər həyatını itirib.