Çində meydana gələn və dünyada 3 milyondan çox insana yoluxan, 230 mindən çox insanın ölümünə səbəb olan  koronavirus (COVID-19) epidemiyası Avropa ölkələrində tüğyan etməkdə davam edir. 

Unikal.org xəbər verir ki, İngiltərənin Baş naziri Boris Conson, Douning küçəsindəki baş nazir iqamətgahında  mətbuat konfransı keçirdikdən sonra koronavirusla mübarizə aparan Milli Səhiyyə Xidmətinin (NHS) işçilərini dəstəkləyib.

Belə ki, COVID-19 müalicəsindən sonra sağalan İngiltərənin Baş naziri Boris Conson, koronavirusun yayılması ilə mübarizə aparan tibb işçilərinə alqışlayaraq təşəkkür edib.

Qeyd edək ki, Baş nazir Conson 27 Martda COVID-19 test nəticəsi  müsbət olub. Xəstəxanaya yerləşdirilən, nazir virusla mübarizə apararaq, tam sağalıb və aprelin 12-də evə buraxılıb.

Bildirək ki, ölkədə COVID-19 səbəbiylə həyat itkisi 26 min 711-ə, yoluxanların sayı isə son sutkada 6 min 33 nəfər  artaraq 171 min 253-ə yüksəlib.