İndoneziyanın Şimali Sumatra əyalətində 5,6 bal gücündə zəlzələ baş verib. 

Unikal.org İndoneziyanın Antara agentliyinə istinadən xəbər verir ki, vilayətin 10 kilometr dərinliyində, əyalətin episentri olan Padang Lavas bölgəsindən 24 kilometr şimal-qərbdə meydana gələn 5,6 bal gücündə zəlzələ vilayətin bir çox yerində hiss edilib.

Cənubi Tapanuli İdarəçisi Syahrul Pasaribu, zəlzələdə bəzi evlərin, bir çox məscid və məktəb kimi ictimai binaların da zərər gördüyünü bildirib. Həmçinin də, Pasaribu,  zəlzələ nəticəsində ölən və yaralanan olmadığı barədə məlumat paylaşıb.