Almaniyada son 24 saatda koronavirus pandemiyasına yoluxanların və ölənlərin sayı açıqlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, son sutkada Almaniyada 630 nəfərə koronavirus diaqnozu qoyulub. Daha 193 nəfər isə virusun qurbanı olub. 

Beləliklə, Almaniyada koronavirusa yoluxanların sayı 160 min 758-ə, virusdan həyatını itirənlərin sayı  isə 193 nəfər artaraq 6 min 841-ə yüksəlib. 

Xatırladaq ki, dünyada koronavirus pandemiyasına yoluxanların  ümumi sayı 3 milyon 257 min 996-ya, həyatını itirənlərin sayı isə 233 min 429-a çatıb.