Çinin paytaxtı Pekində yeni koronavirus (COVID-19) tədbirləri altında bağlanan parklar və muzeylər yenidən açılıb.

Unikal.org Çin KİV-ə oistinadən xəbər verir ki, ziyarətə açılan yerlər arasında 720 min kvadrat metr sahəni əhatə edən və ölkədəki saraylar arasında ən yaxşı tanınan “Qadağan edilmiş şəhər” də var.

Belə ki, COVID-19 sayəsində sıxlığın qarşısını almaq və sosial məsafə qaydasına riayət etmək üçün “Qadağan edilmiş şəhər” in ziyarətçi tutumu 80 mindən 5 minə endiriləcək, parklar 30% tutumlu ziyarətçilər üçün açıq olacaq.

Səlahiyyətlilər, “Sosial məsafələr qaydasına əməl etmək” çağırışı edilərkən, müəyyən nöqtələrdə bir temperatur ölçü ediləcəyini və ziyarətçilərin biletləri onlayn olaraq sifariş etmələrini bildiriblər.

Qeyd edək ki, virusun meydana gəldiyi Çində son günlərə nisbətən ümumi olaraq  yoluxma sayı kəskin azalıb və son 16 gündə epidemik ölüm hadisəsi baş verməyib.

Xatırladaq ki, COVID-19 ölkədəki 82 min 874 adamda görülsə də, epidemiya səbəbiylə 4 min 633 adam ölüb.