Çexiyada koronavirus pandemiyasına yoluxanların sayında artım müşahidə olunub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  Çexiya Səhiyyə Nazirliyin Mətbuat xidməti tərəfindən açıqlanan məlumata əsasən, son sutkada 103 nəfərə koronavirus diaqnozu qoyulub. Bununla da ölkədə virusa yoluxanların sayı 7 min 682-yə çatıb.

Qeyd edək ki, Çexiyada koronavirusdan ölənlərin sayı 236 nəfərə yüksəlib.