İspaniyada  koronavirus pandemiyasından son sutkada baş verən yoluxma və ölüm hallarının sayı açıqlanıb.

Unikal.org İspaniya KİV-ə istinadən xəbər verir ki,  İspaniya Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada son 24 saat ərzində 281 nəfər virusun qurbanı olaraq, ümumi ölənlərin sayı 24 min 824-ə çatdığı qeyd olunub. 

Açıqlamada, həmçinin də, 781 nəfərə  son sutkada koronavirus diaqnozu qoyularaq, ümumi yoluxanların sayı 215 min 216-ya yüksəlib. 

Digər tərəfdən, son 24 saatda 2 min 628 artımla COVID-19 diaqnozu qoyulan xəstələrin sağalaraq evə buraxılıb. Belə ki, İspaniyada indiyədək koronavirusdan də sağalan insanların sayı 114 min 678-ə çatıb.