Aprelin 30-da saat 3 radələrində Gəncə-Yevlax yolunda “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.