Bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin bank hesablarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.