Türkiyədə koronavirus pandemiyası səbəbiylə insanların bir yerə toplaşması qadağan olunub. Bununla bağlı əməliyyat keçirən polis işçiləri gizli fəaliyyət göstərən iki iş yerini aşkar ediblər.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursa Asayiş Şöbə Müdirliyi Əxlaq Bürosu qrupları, koronavirus tədbirləri çərçivəsində bağlanmalı olan 2 iş yerinin açıldığını və qumar mərkəzi kimi istifadə olunduğunu təyin edib. 2 iş yerinə basqın edən qruplar 40 nəfəri həbs edib. 

Belə ki, basqın zamanı polisdən qaçmaq istəyən şəxslərin maraqlı görüntüləri yayılıb. Çox sayda oyun kartlarının ələ keçirildiyi basqında, polisdən qaçmağa çalışan bir  sıra şəxslər, hamam otağında və mətbəx şkafında gizlənməyə çalışıblar. 

Polisdən bu şəkildə gizlənməyə çalışan şəxslərin görüntüləri  sosial şəbəkədə gündəmə səbəb olub.