İranda COVID-19 səbəbiylə ölənlərin sayı son 24 saatda 63 nəfər artaraq 6 min 91-ə çatıb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saatda 63 nəfərin həyatını itirdiyini və COVID-19 səbəbiylə ölkədə 6 min yeni yoluxma halının aşkarlandığını açıqlayıb.

Beləliklə, Cihanpur, COVID-19 səbəb olduğu həyat itkisinin 6 min 91-ə qədər artdığını və ümumi yoluxanların  sayının 95 min 646 olduğunu bildirib.