Bolqarıstanın cənub-şərqindəki Plovdiv şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, Bolqarıstan Elmlər Akademiyası (BAN) nəzdindəki Mərkəzi Rəsədxana 4,5 bal gücündə zəlzələnin episentri Plovdiv şəhərinin şimal-şərqində və 2 kilometr dərinlikdə olduğunu açıqlanıb.
Zəlzələ ölkənin cənub qonşusu Yunanıstanda və şimal qonşusu Rumıniyada da hiss edilib.
Çaxnaşmaya səbəb olan zəlzələdə ölən və ya mal itkisi olub-olmadığı barədə məlumat paylaşılmayıb.