Dünyanın ən iri elektron ticarət şirkətlərindən biri olan "Amazon" öz əməkdaşlarına oktyabrın 2-dək evdən işləməyə icazə verib.

Unikal.org xəbər verir ki, bu barədə şirkət rəhbərliyi məlumat verib.

Qeyd olunur ki, evdən işləməsi mümkün olmayan əməkdaşların virusdan müdafiə olunması üçün də tədbirlər gücləndirilir.

Martın 31-nə olan vəziyyətə görə, "Amazon" şirkətinin 840 mindən çox əməkdaşı var. Şirkət əməkdaşlarının sayı bir il ərzində 33 faiz artıb.