Koronavirus təhlükəsi səbəbindən ABŞ-da da ciddi karantin qaydaları tətbiq olunur.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, karantin müddətinin uzadılması insanların etirazına səbəb olub. Nəticədə Miçiqan ştatında ölkə başçısı Trampın silahlı tərəftarları parlament binasına daxil olublar.

Tramp isə onlar haqqında "Yaxşı insanlardır, amma əsəbidirlər" sözlərini deyib. Həmçinin o, Miçiqan ştatının valisinə səslənərək həmin insanlarla razılıq əldə etməsini tələb edib.