Bütün dünyada koronavirusa qarşı peyvəndin hazırlanması üçün çalışmalar davam etdirilir

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə məsələ ilə bağlı məşhur Oksford Universiteti sevindirici məlumat yayıb. Belə ki, artıq hazırlanan peyvənd insanlar üzərində test edilib və müsbət nəticə verib.

Universitetin professoru Con Bellin sözlərinə görə peyvənd 320 insanın üzərində test edilib. Onun iyun ayının ortalarında satışa çıxarılması nəzərdə tutulur. Daha öncə də xəbər verdiyimiz kimi, Oksford Universiteti bu peyvəndi "AstraZeneca" adlı dərman şirkəti ilə birlikdə istehsal edib.

Qeyd edək ki, bu peyvənd daha öncə meymunlar üzərində də müsbət nəticə vermişdi.