Türkiyədə son sutka ərzində daha 84 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 3 258-ə çatıb. Eyni zamanda daha 2 188 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 122 392-ə yüksəlib.