Koronavirus təhlükəsi səbəbindən İtaliyanın bütün şəhərlərində və rayonlarında ciddi karantin qaydaları tətbiq edilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Palermo şəhərində isə karantin qaydalarını pozan şəxslər saxlanılıb. Belə ki, küçəyə çıxmanın qadağan olunmasına baxmayaraq təxminən 20 nəfərdən ibarət qrup at yarışı keçirib.

Bu hadisə insanların böyük etirazına səbəb olub.