Fransada son sutka ərzində daha 218 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 24 594-ə çatıb. Bu barədə ölkə səhiyyəsi baş idarəsinin direktoru Jerom Salomon Səhiyyə Nazirliyində keçirdiyi brifinqdə bildirib.

"Ölkədə COVID-19-dan ölənlərin sayı 24 594 nəfər təşkil edir. Bu halda 218 nəfər bir gün ərzində artdı", - o deyib.