Yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkə hal-hazırda ABŞ-dır.
Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, virusun yaratdığı təhlükə səbəbindən ölkədə uzun müddətdir ki, tədris prosesi dayandırılıb.
Bu gün edilən açıqlamada Nyu-York ştatında məktəb və universitetlərin bu dərs ilinin sonuna qədər açılmayacağı bildirilib.
Qeyd edək ki, Nyu-Yorkda 4 milyondan çox tələbə və məktəbli var.