Venesueladakı həbsxanadan qaçmağa cəhd edən məhbusların yaratdığı iğtişaş nəticəsində 46 nəfər ölüb.

Unikal.org Venesuela mətbuatına istinadən xəbər verir ki,  ölkənin Guanare bölgəsindəki Cepella olaraq bilinən Llanos həbsxanasında üsyan əsirləri ilə Bolivar Milli Qvardiya Birliyi (GNB) arasında çıxan qarşıdurmada 46 nəfər ölüb, 9 nəfər yaralanıb.

Həmçinin də, bir qrup məhkumun, həbsxana ətrafındakı GNB üzvlərinə hücum etdiyi və həbsxana direktorunu yaraladığı bildirilib.

Məhbusların qiyamda odlu silahdan istifadə etdiyi və həbsxananın təhlükəsizlik səddini keçərək çıxan bəzi məhbusların təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib.