Atlantik okeanında yerləşən Sao Tome və Prinsip adlı ada ölkələrində qlobal böhrana səbəb olan koronavirus  pandemiyasından ilk ölüm halı qeydə alınıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Sao Tome və Prinsip hökumətinin verdiyi məlumata görə, Cantagalo bölgəsində yaşayan 55 yaşlı bir vətəndaş, COVID-19 səbəbiylə ölüb.

Bəyanatda vətəndaşlardan sosial məsafədən istifadə qaydaları, maska istifadəsi, müntəzəm əl yuma kimi tətbiqlərə diqqət yetirilməsi və epidemiya tədbirləri çərçivəsində qəbul edilən fövqəladə qərarlara əməl edilməsi tələb olunub.

Qeyd olunur ki, bu günə qədər ölkədə ümumilikdə 175 nəfər sınaqdan keçirilib, 16 nəfər müsbət nəticə verib, 4 nəfər sağalıb.